La Liqa: “Barselona” və “Atletiko” doğma meydanda sevindi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Rayo Valyekano” – “Sevilya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Elçe” doğma meydanda “Espanyol”a minimal hesabla uduzub.

Madrid “Atletiko”su doğma meydanda “Atletik”i tək qolla məğlub edib. Lider “Barselona” isə “Kamp Nou”da “Kadis”i 2 cavabsız qolla üstələyib.

Hazırda 59 xala malik “Barselona” vahid liderdir. Madrid “Real”ı 51 xalla ikinci, “Real Sosyedad” isə 43 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”su 41, “Betis” 37, “Rayo Valyekano” 34 xal toplayıb.

22-ci tur fevralın 20-də keçiriləcək “Xetafe” – “Valensiya” matçı ilə yekun vurulacaq.

İspaniya La Liqası
22-ci tur
17 fevral

Jirona – Almeriya 6:2
Qol: Kastelyanos, 8. Çıqankov, 34. Rikelme, 36. X.Hernandes, 43. Martin, 77. Stuani, 79 – Ramazani, 66. Ture, 81.

18 fevral

Real Sosyedad – Selta 1:1
Qol: Oyarzabal, 5 – Normand, 90+3-öz qapısına.

Betis – Valyadolid 2:1
Qol: Xuanmi, 2. Kanales, 45+4 – Larin, 30.

Malyorka – Vilyarreal 4:2
Qol: Kadevere, 20. D.Rodriqes, 45; 56. Muriqi, 63 – Morales, 43. Çukvueze, 50.

Osasuna – Real 0:2
Qol: Valverde, 78. Asensio, 90+2.

19 fevral

Elçe – Espanyol 0:1
Qol: Darder, 90+2.

Rayo Valyekano – Sevilya 1:1
Qol: Lejen, 65 – Suso, 29.

Atletiko – Atletik 1:0
Qol: Qrizmann, 73.

Barselona – Kadis 2:0
Qol: S.Roberto, 43. Levandovski, 45+1.

20 fevral

00:00. Xetafe – Valensiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: