Serxio Ramos İspaniya millisindən getdi

Fransanın PSJ klubunun müdafiəçisi Serxio Ramos futbol üzrə İspaniya milli komandasındakı karyerasını başa vurub. Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə qərarını sosial şəbəkə hesabındakı paylaşımla açıqlayıb.

O, vida açıqlamasında bunları qeyd edib: “İspaniya milli komandasına vida etmək vaxtım gəldi. Bu gün Luis de la Fuentedən mənə bir zəng gəldi. Karyeramın qalan hissəsində nə etsəm də, onun komandasının bir parçası olmadığımı və ola bilməyəcəyimi bildirdilər. Əldə etdiyimiz bütün uğurlarla paralel olaraq bunun daha uzun sürəcəyini ümid etdiyim bir yolun sonu böyük bir üzüntü ilə gəldi. Lionel Messiyə, Pepeyə heyranlıq və qibtə ilə baxıram. Futbolun özü, dəyərləri və ədələti onlarla… Çox təəssüf ki, mənim üçün elə olmayacaq. Çünki futbol həmişə ədalətli deyil. Futbol əsla sadəcə futbol deyil”.

Xatırladaq ki, Serxio Ramos 2005-ci ildən İspaniya milli komandasının formasını geyinirdi. O, yığmada 180 matça çıxıb və 23 qol da vurub. Təcrübəli futbolçu milli komanda ilə bir dəfə dünya (DÇ-20100), iki dəfə isə Avropa çempionu (AÇ-2008 və AÇ-2012) olub.

Ramos 2021-ci ilin iyul ayından PSJ-də forma geyinir. Təcrübəli mərkəz müdafiəçisi Paris təmsilçisində 45 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Madrid “Real”ında (671 oyun, 101 qol və 45 məhsuldar ötürmə), həmçinin “Sevilya”da (45 oyun, 3 qol) oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: