Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
“Lids” “Sauthempton”u, “Vest Hem” isə “Nottingem Forest”i məğlub yola salıb. “Everton” doğma meydanda “Aston Villa”ya 2 cavabsız qolla uduzub.
Səfərdə “Lester Siti” ilə qarşılaşan “Arsenal” 3 xalı tək qolla qazanıb. “Bornmut”un qonağı olan son çempion “Mançester Siti” isə darmadağınla qalib gəlib. Cari mövsümdə o qədər də uğurlu çıxış etməyən “Liverpul” da “Kristal Pelas”la səfər oyunundan xal itkisi ilə ayrılıb.
25-ci turun “Mançester Yunayted” – “Brentford” və “Nyukasl” – “Brayton” matçları təxirə salınıb.
İngiltərə Premyer Liqası
25–ci tur
24 fevral
Fulhem – Vulverhempton 1:1
Qol: Solomon, 64 – Sarabiya, 23.
25 fevral
Everton – Aston Villa 0:2
Qol: Uotkins, 63-pen. Buendiya, 81.
Lids – Sauthempton 1:0
Qol: Firpo, 77.
Lester Siti – Arsenal 0:1
Qol: Martinelli, 46.
Vest Hem – Nottingem Forest 4:0
Qol: D.İnqs, 70; 73. D.Rays, 78. M.Antonio, 85.
Bornmut – Mançester Siti 1:4
Qol: Lerma, 83 – X.Alvares, 15. Haland, 29. Foden, 45. Mepham, 51-öz qapısına.
Kristal Pelas – Liverpul 0:0
26 fevral
17:30. Tottenhem – Çelsi


