Əliyar Ağayev “Olimpiakos” – AEK oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Futbol Federasiyasından bu ölkə klublarının oyununa təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun “Olimpiakos” – AEK oyununu idarə edəcək.

Sözügedən qarşılaşma ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək. Əliyar Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Xatırladaq ki, Əliyar Ağayev son illərdə Yunanıstan Futbol Federasiyası tərəfindən tez-tez belə dəvət və təyinatlar alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: