Bu gün FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, görüşdə FİFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, FİFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
Rövnəq Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FİFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.



