Premyer Liqa: “Zirə” “Şamaxı” ilə doğma meydanda bacarmadı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Zirə” doğma meydanda “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Bu turun “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” oyunları sabah – martın 4-də baş tutacaq. “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” görüşləri isə martın 5-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
25-ci tur

3 mart

“Zirə” – “Şamaxı” 2:2
Qollar: Hamidu Keyta, 29. Nihad Quliyev, 79-öz qapısına – Amil Yunanov, 60-pen. Kamran Quliyev, 73.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 96. Donald Gerye, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 38. Ramiz Muradov, 70. İssa Cibrilla, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 70. Bahadur Həziyev, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: