Azərbaycan Basketbol Liqasında 20-ci tura yekun vuruldu

Bu gün Astara Olimpiya İdman Kompleksində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 20-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun son oyununda yerli “Zirvə Astara” komandası doğma divarlar arasında “Neftçi” basketbolçuları ilə üz-üzə gəlib.

Oyuna üstün başlayan astaralılar sonradan üstünlüyü əldən versələr də, Zaur Paşayevin 4-cü dövrədəki inamlı oyunu sayəsində 89-81 hesablı qələbəyə seviniblər. “Zirvə Astara”nın bu oyundakı ən məhsuldar basketbolçusu məhz Zaur Paşayev (24 xal, 7 ribaund) olub. “Neftçi”də isə Mohsen Moradxani (25 xal, 10 ribaund) daha məhsuldar oyun sərgiləyib.

Xatırladaq ki, turun ilk oyununda NTD “Gəncə” üzərində 91:85 hesablı qələbəyə sevinmişdi. Ötən gün isə “AAAF Xırdalan” “Olimpik Şəki”yə 100:77, “Sabah” da “Sərhədçi”yə 100:92 hesabıyla qalib gəlmişdi.

Beləliklə, 20 turdan sonra Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. NTD (20 oyun, 14 qələbə, 6 məğlubiyyət) – 34 xal
  2. Sabah (20 oyun, 14 qələbə, 6 məğlubiyyət) – 34 xal
  3. AAAF Xırdalan (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  4. Sərhədçi (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  5. Gəncə (19 oyun, 12 qələbə, 7 məğlubiyyət) – 31 xal
  6. Neftçi İK (20 oyun, 7 qələbə, 13 məğlubiyyət) – 27 xal
  7. Zirve Astara (19 oyun, 4 qələbə, 15 məğlubiyyət) – 23 xal
  8. Olimpik Şəki (20 oyun, 2 qələbə, 18 məğlubiyyət) – 22 xal

Sonda onu da bildirək ki, 21-ci turun oyunları 8-12 mart tarixləri aralığında baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: