Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Serxio Roberto Kataloniya klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mövcud müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa kimi olan 31 yaşlı futbolçu 1+1 illik yeni sözləşməyə imza atıb. Yeni müqavilədə futbolçunu transfer etmək istəyən klublar üçün qiymət də açıqlanıb. Serxi Robertonu heyətinə qatmaq istəyən klub bunun üçün “Barselona”ya 400 milyon avro ödəməlidir.
Xatırladaq ki, Serxi Roberto “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2010-cu ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. O, bu komandada 340 oyuna çıxıb, 15 qol və 40 məhsuldar ötürmə müəllifi olub. Serxi İspaniya milli komandasında da 11 oyuna 1 qolla yadda qalıb.


