Basketbol Liqasında 21-ci tur NTD-nin qələbəsiylə başladı

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 21-ci tura start verilib. Arena.az xəbər verir ki, turun ilk oyununda lider NTD və “Neftçi” İK basketbolçuları üz-üzə gəliblər.

Oyuna NDT basketbolçuları daha üstün başlayıblar. Sözügedən komanda yekunda bu rəqibi üzərində 109:80 hesablı qələbəyə sevinib. Nəticədə lider zirvədəki mövqeyini daha da möhkəmləndirib.

“Neftçi”nin heyətində ən məhsuldar basketbolçu Yuri Kondrakov olub. O, 26 xal, 5 ribaundla diqqət çəkib. NTD-dən isə Kuinton Kempbel ön plana çıxıb. O, 26 xal və 7 ribaundla komandasının qələbəsində önəmli pay sahiblərindən biri olub.

21-ci turun digər oyunları 9, 11 və 12 mart tarixlərində keçiriləcək. “AAAF Xırdalan” “Zirvə Astara”nı, “Gəncə” “Sərhədçi”ni, “Olimpik Şəki” isə “Sabah”ı qəbul edəcək.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  2. Sabah (20 oyun, 14 qələbə, 6 məğlubiyyət) – 34 xal
  3. AAAF Xırdalan (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  4. Sərhədçi (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  5. Gəncə (19 oyun, 12 qələbə, 7 məğlubiyyət) – 31 xal
  6. Neftçi İK (21 oyun, 7 qələbə, 14 məğlubiyyət) – 28 xal
  7. Zirve Astara (19 oyun, 4 qələbə, 15 məğlubiyyət) – 23 xal
  8. Olimpik Şəki (20 oyun, 2 qələbə, 18 məğlubiyyət) – 22 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: