Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə daha bir qarşılaşma baş tutub.
Günün sonuncu qarşılaşması “Sabah”la “Sumqayıt” arasında olub. Meydan sahibləri bu matçda darmadağına seviniblər. Liderin əsas izləyicisi 3 xalı 4 cavabsız qolla əldə edib.
Xatırladaq ki, turun ilk matçında “Kəpəz”lə “Zirə” heç-heçəyə razılaşmışdı – 1:1.
“Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Səbail” matçları sabah keçiriləcək. Tura bazar günü baş tutacaq “Şamaxı” – “Neftçi” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
“Sabah” – “Sumqayıt” 4:0
Qollar: Coy Lens Mikels, 45. Aleksey Kaşuk, 75. Ceyhun Nuriyev, 86. Seymur Məmmədov, 90+2.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Masazır. “Bank Respublika Arena”, 19:00.
Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 9. Kərim Abubakar, 23. Kamran Əliyev.
Baş məşqçi: Samir Abasov.


