Bu gün Ruandanın paytaxtı Kiqali şəhərində dünyanın ən ali futbol qurumu olan FIFA-nın sayca 73-cü Konqresi keçiriləcək. Arena.az xəbər verir ki, tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmiləri də iştirak edəcəklər.
Belə ki, AFFA-nın baş katibi Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva Konqresdə iştirak etmək üçün Ruandaya gediblər. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, FIFA-nın Konqresində bu quruma yeni prezident seçkisi baş tutacaq. Yeganə namizəd hazırkı prezident Canni İnfantino olduğundan, onun yenidən bu posta seçilməsi gözlənilir.


