Azərbaycan yığması uduzduğu rəqibə bu dəfə qalib gəldi

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması (U-16) Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışını davam etdirir. Arena.az xəbər verir ki, milli komandamızın martın 10-da başlamış hazırlıq prosesi ayın 17-nə qədər davam edəcək.

Komandamız qonşu ölkədə daha bir yoxlama oyunu keçirib. Tahir Baxşıyevin yetirmələri yenidən “Zaza Pachulia Academy” komandası ilə üz-üzə gəlib. Azərbaycan yığması bu dəfə parketdən 88:87 hesablı qələbə ilə ayrılıb.

Xatırladaq ki, yığmamız Gürcüstandakı ilk yoxlama oyununu məhz “Zaza Pachulia Academy” komandasına qarşı keçirmiş və 70:88 hesablı məğlubiyyətlə üzləşmişdi. İkinci yoxlama görüşündə isə basketbolçularımız “Akademiya” komandasına 74:50 hesabıyla qalib gəlmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: