Premyer Liqa: “Nyukasl”dan səfərdə əzmkar qələbə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Nottingem Forest” doğma meydanda “Nyukasl”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda hesabı meydan sahibləri açsa da, qonaq komanda yekunda əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, bu turun “Liverpul” – “Fulhem”, “Brayton” – “Mançester Yunayted”, “Mançester Siti” – “Vest Hem” oyunları təxirə salınıb.

İngiltərə Premyer Liqası
28-ci tur
17 mart

Nottingem Forest – Nyukasl 1:2
Qol: Dennis, 26 – A.İsak, 45+2; 90+3-pen.

18 mart

19:00. Aston Villa – Bornmut
19:00. Brentford – Lester Siti
19:00. Sauthempton – Tottenhem
19:00. Vulverhempton – Lids
2:30. Çelsi – Everton

19 mart

18:00. Arsenal – Kristal Pelas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: