Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Aston Villa” doğma meydanda “Bornmut”u 3 cavabsız qolla məğlub edib. “Vulverhempton” isə “Lids”lə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Tottenhem”in “Sauthempton”la səfər matçında 6 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Çelsi” də 4 qolluq “Everton”la matçdan 1 xalla ayrılıb. “Brentford” – “Lester Siti” matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, bu turun “Liverpul” – “Fulhem”, “Brayton” – “Mançester Yunayted”, “Mançester Siti” – “Vest Hem” oyunları təxirə salınıb.
İngiltərə Premyer Liqası
28-ci tur
17 mart
Nottingem Forest – Nyukasl 1:2
Qol: Dennis, 26 – A.İsak, 45+2; 90+3-pen.
18 mart
Aston Villa – Bornmut 3:0
Qol: D.Luis, 7. Remsi, 80. Buendiya, 89.
Brentford – Lester Siti 1:1
Qol: Yensen, 32.
Sauthempton – Tottenhem 3:3
Qol: Adams, 46. Uolkott, 77. Uord-Prous, 90+3 – Porro, 45+1. Keyn, 65. Perişiç, 74.
Vulverhempton – Lids 2:4
Qol: Conni, 65. Kunya, 73 – Harrison, 6. Aylinq, 49. Kristensen, 62. Rodriqo, 90+7.
Çelsi – Everton 2:2
Qol: J.Feliks, 52. Haverts, 76-pen – Dukure, 69. Simms, 89.
19 mart
18:00. Arsenal – Kristal Pelas


