Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün əvvəlki turlarından təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, 7-ci turdan təxirə salınmış oyunda qonaqlar, 25-ci turdan təxirə salınmış görüşdə isə meydan sahibləri qələbəyə seviniblər.
“Vest Hem” – “Nyukasl” matçında qapılara 6 qol vurulub. Yekunda qonaqlar darmadağına seviniblər.
“Mançester Yunayted” isə “Brentford”u qəbul edib. “Qırmızı şeytanlar”a bu rəqibi məğlub etmək üçün bir qol bəs edib.
Bu nəticələrdən sonra 53 xala malik olan “Nyukasl” və “Mançester Yunayted” müvafiq olaraq 3-cü və 4-cü pillələrdə qərarlaşıblar. “Brentford” 43 xalla 9-cu, “Vest Hem” 27 xalla 15-cidir.
İngiltərə Premyer Liqası
5 aprel
7-ci turun oyunu
Vest Hem – Nyukasl 1:5
Qol: K.Zuma, 40 – Uilson, 6; 46. Joelinton, 13; 90. A.İsak, 82.
25-ci turun oyunu
Mançester Yunayted – Brentford 1:0
Qol: Raşford, 27.


