Azərbaycan Premyer Liqasının 29-cu turunun “Sumqayıt” – “Neftçi” matçı meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Sumqayıtda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
29-cu tur
8 aprel
“Sumqayıt” – “Neftçi” 0:4
Qollar: Voyislav Stankoviç, 8. Sezar Meza Kolli, 64. İsmayıl Zülfüqarlı, 83. Kilan Lebon, 85.
Sarı vərəqələr: Səbuhi Abdullazadə, 22 (qeyri-idman hərəkəti). Vüsal İsgəndərli, 29 (qeyri-idman hərəkəti) – Höccət Haqverdi, 40 (qeyri-idman hərəkəti). Mateus Saldanya, 49 (qeyri-idman hərəkəti). Kenni Sayef, 90+1 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 20:00. “Sumqayıt Arena”, 1300 tamaşaçı.
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Cavanşir Yusifov
Dördüncü hakim: Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt: 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar (37. Alya Ture, 70), 23. Kamran Əliyev, 12. Todor Todoroski (7. Terrens Tisdel, 75), 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi (26. Ömər Buludov, 58), 7. Azər Əliyev (19. Azər Salahlı, 87), 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli (21. İsmayıl Zülfüqarlı, 75), 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya (77. Yeqor Boqomolski, 87).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov.
Baş məşqçi: Laurentsiu Regekampf.


