Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 30-cu turuna start verilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
“Brentford” doğma meydanda “Nyukasl”a, “Fulhem” “Vest Hem”ə, “Lester Siti” isə “Bornmut”a məğlub olub. “Aston Villa” “Nottingem Forest”i, “Tottenhem” “Brayton”u məğlub yola salıb.
“Mançester Siti” səfərdə “Sauthempton”la qarşılaşıb. “Şəhərlilər” beş qolun qeydə alındığı bu matçda darmadağına imza atıblar. “Mançester Yunayted” isə bu tur “Everton”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Səfərdə “Vulverhempton”la qarşılaşan mövsümün uğursuz komandası “Çelsi” bu turu da xalsız başa vurub. Bu, komandaya müvəqqəti baş məşqçi təyin edilmiş Frenk Lempardın debüt matçı olsa da, London təmsilçisi köhnə-yeni çalışdırıcısı ilə də uğursuz gedişata son qoya bilməyib.
30-cu tura sabah keçiriləcək “Lids” – “Kristal Pelas” və “Liverpul” – “Arsenal” matçları ilə yekun vurulacaq.
İngiltərə Premyer Liqası
30-cu tur
8 aprel
Mançester Yunayted – Everton 2:0
Qol: Maktominay, 36. Marsyal, 71.
Aston Villa – Nottingem Forest 2:0
Qol: B.Traore, 48. Uotkins, 90+5.
Brentford – Nyukasl 1:2
Qol: Touni, 45+1 – Raya, 54-öz qapısına. İsak, 61.
Fulhem – Vest Hem 0:1
Qol: Rid, 23-öz qapısına.
Lester Siti – Bornmut 0:1
Qol: Billinq, 40.
Tottenhem – Brayton 2:1
Qol: Son, 10. Keyn, 79 – Dank, 34.
Vulverhempton – Çelsi 1:0
Qol: M.Nunes, 31.
Sauthempton – Mançester Siti 1:4
Qol: Mara, 72 – Haland, 45; 68. Qriliş, 58. X.Alvares, 75-pen.
9 aprel
17:00. Lids – Kristal Pelas
19:30. Liverpul – Arsenal


