Adil Əhmədzadə və Mərziyyə Nurmətova üçün Podqoritsa sınağı

Azərbaycanın stolüstü tensiçiləri Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə beynəlxalq turnirdə iştirak etmək üçün Monteneqroya yollanıblar. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, stolüstü tennisçilərimiz Monteneqronun Podqoritsa şəhərində təşkil olunan “WTT youth star contender” turnirində iştirak hüququ qazanıblar. 30-a yaxın ölkə idmançılarının qatılacağı Podqoritsa sınağında seçmə komandamızın iki üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə etimadı doğrultmağa çalışacaqlar.

Turnirin reqlamentinə əsasən, aprelin 11-i və 12-də qızlar, 14-ü və 15-də oğlanlar mübarizə aparacaqlar. 13 apreldə isə, qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.

Xatırladaq ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilən anoloji yarışda bürünc medala layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: