Premyer Liqa: “Mançester Siti” qalib gəldi, “Çelsi” yenə uduzdu

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 31-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

London təmsilçilərindn “Çelsi” doğma meydanda “Brayton”a, “Tottenhem” isə “Bornmut”a məğlub olub. “Everton” “Fulhem”lə, “Sauthempton” da “Kristal Pelas”la ev oyunundan xalsız ayrılıb.

“Vulverhempton” “Brentford”la, “Aston Villa” da “Nyukasl”la ev oyunundan qələbə ilə ayrılıb. Son çempion “Mançester Siti” isə “Lester Siti” ilə ev oyununda inamlı qələbəyə sevinib.

Turun qalan üç oyunu qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə Premyer Liqası
31-ci tur
15 aprel

Aston Villa – Nyukasl 3:0
Qol: Remsi, 11. Uotkins, 64; 83.

Çelsi – Brayton 1:2
Qol: Qallaxer, 13 – Uelbek, 42. Enkiso, 69.

Everton – Fulhem 1:3
Qol: Maknil, 35 – Rid, 22. H.Uilson, 51. D.Ceyms, 68.

Sauthempton – Kristal Pelas 0:2
Qol: Eze, 54; 68.

Tottenhem – Bornmut 2:3
Qol: Son, 14. Danjuma, 88 – Vina, 38. Solanke, 51. Uattara, 90+5.

Vulverhempton – Brentford 2:0
Qol: D.Kosta, 27. Huanq, 69.

Mançester Siti – Lester Siti 3:1
Qol: Stounz, 5. Haland, 13; 25 – İheanaço, 75.

16 aprel

17:00. Vest Hem – Arsenal
19:30. Nottingem Forest – Mançester Yunayted

17 aprel

23:00. Lids – Liverpul

Xəbəri sosial şəbəkələrdə paylaş: