Yarımfinal mərhələsinin ilk oyunları Məsiyevlə Əhmədova tapşırldı

Futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Belə ki, ilk oyun günündə baş tutacaq “Qəbələ” – “Səbail” matçının baş hakimi Elçin Məsiyev olacaq.

Bir gün sonra baş tutacaq “Turan Tovuz” – “Neftçi” oyunu isə Rəşad Əhmədova tapşırılıb.

Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları 26-27 apreldə keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları
18 aprel

“Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu, 18:00.

19 aprel

“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Tural İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: