Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında 2022/23 mövsümünün ən yaxşı oyunçuları müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün Azərbaycan Voleybol Mərkəzində təşkil olunan son qarşılaşmalardan sonra qadın və kişilərdən ibarət komandaların mükafatlandırma mərasimi baş tutub.
Öncə Yüksək Liqalarda mövsümün ən yaxşı oyunçuları seçilib.
Azərbaycan çempionatında yeddi nominasiya üzrə fərqlənən voleybolçuları təqdim edirik:
Qadınların Yüksək Liqasının “Ən yaxşı oyunçu”ları
- Ən yaxşı toppaylayıcı – Valeriya Kondratyeva (“Abşeron”)
- Ən yaxşı hücumçu – Tatsiana Trafimova (“Azərreyl”)
- Ən yaxşı libero – Bəyaz Əliyeva (“Abşeron”)
Kişilərin Yüksək Liqasının “Ən yaxşı oyunçu”ları
- Ən yaxşı toppaylayı – İlqar İmamquliyev (“Xarı bülbül”)
- Ən yaxşı hücumçu – Vladislav Kunçenko (“Murov”)
- Ən yaxşı libero – Kənan Allahverdiyev (“Murov”)
Azərbaycan çempionatının ən yaxşı oyunçusu – Tural Həsənli (“Neftçi”).
Xatırladaq ki, qadınların Yüksək Liqasında “Azərreyl” ölkə çempionu olub. “Abşeron” gümüş, “Murov” isə bürünc medallarla kifayətlənib. Kişilərin Yüksək Liqasında isə “Murov” çempion olub. “Xari bülbül”ə gümüş, “Neftçi”yə isə bürünc medallar verilib.
Bununla da Azərbaycan çempionatlarında 2022/2023 mövsümünə yekun vurulub.


