İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton”un yarımmüdafiəçisi Paskal Qross klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Almaniyadan olan futbolçu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəli müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.
Paskal Qross 2017-ci ildən “Brayton”un uğurları üçün çalışır. 31 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində indiyə qədər 184 oyuna çıxıb. O, bu görüşlərdə 23 qol və 33 məhsuldar ötürmə müəllifi olub.
Qross “Brayton”a 6 il əvvəl Almaniyanın “İnqolştadt” klubundan gəlmişdi. O, bu komandadan başqa ölkəsində “Hoffenhaym” və “Karlsrue”nin də formasını geyinib. Yarımmüdafiəçi Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da çıxış edib.


