Premyer Liqa: “Nyukasl”dan “Tottenhem”ə 6 qol!

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Bornmut”la qarşılaşan “Vest Hem” 4 cavabsız qolla qalib gəlib.

“Nyukasl” isə doğma meydanda “Tottenhem”ə böyük hesabla qalib gəlib.

32-ci turun “Mançester Yunayted” – “Çelsi” və “Brayton” – “Mançester Siti” oyunları kubok görüşlərinə görə təxirə salınıb.

Beləliklə, 32 turdan sonra 75 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 70 xalla ikincidirsə, “Nyukasl” və “Mançester Yunayted”in 59 xalı var. “Tottenhem” 53, “Aston Villa” 51, “Liverpul” 50, “Brayton” 49, “Fulhem” 45, “Brentford” 44, “Çelsi” 39, “Kristal Pelas” 37 xal toplayıb.

İngiltərə Premyer Liqası
32-ci tur
21 aprel

Arsenal – Sauthempton 3:3
Qol: Martinelli, 20. Edeqor, 88. Saka, 90 – K.Alkaras, 1. Uolkott, 14. Çaleta-Çar, 66.

22 aprel

Fulhem – Lids 2:1
Qol: H.Uilson, 58. A.Pereyra, 72 – Palinya, 79-öz qapısına.

Brentford – Aston Villa 1:1
Qol: Touni, 65 – D.Luis, 87.

Kristal Pelas – Everton 0:0

Lester Siti – Vulverhempton 2:1
Qol: İheanaço, 36-pen. Kastan, 76 – Kunya, 13.

Liverpul – Nottingem Forest 3:2
Qol: D.Jota, 47; 55. Salah, 70 – N.Uilyams, 51. Gibbs-Uayt, 67.

23 aprel

Bornmut – Vest Hem 0:4
Qol: M.Antonio, 5. Paketa, 12. D.Rays, 43. Fornals, 72.

Nyukasl – Tottenhem 6:1
Qol: Mörfi, 2; 9. Joelinton, 6. A.İsak, 19; 21. K.Uilson, 67 – H.Keyn, 49.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: