Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Vulverhempton” doğma meydanda “Kristal Pelas”a, “Aston Villa” isə “Fulhem”ə qalib gəlib. İki qolun qeydə alındığı “Lids” – “Lester Siti” matçında da tərəflər hərəyə 1 xalla kifayətləniblər.
Turun qalan qarşılaşmaları 26 və 27 apreldə keçiriləcək.
İngiltərə Premyer Liqası
33-cü tur
25 aprel
Vulverhempton – Kristal Pelas 2:0
Qol: Andersen, 3-öz qapısına. R.Neves, 90+4-pen.
Aston Villa – Fulhem 1:0
Qol: Minqs, 21.
Lids – Lester Siti 1:1
Qol: Sinisterra, 20 – Vardi, 80.
26 aprel
22:30. Nottingem Forest – Brayton
22:45. Çelsi – Brentford
22:45. Vest Hem – Liverpul
23:00. Mançester Siti – Arsenal
27 aprel
22:45. Everton – Nyukasl
22:45. Sauthempton – Bornmut
23:15. Tottenhem – Mançester Yunayted


