Mate Kvirkiya sevgilisinə Bakıda evlilik təklifi etdi – FOTO

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in futbolçusu Mate Kvirkviya ailə həyatı yolunda ilk addımı atıb. Arena.az xəbər verir ki, gürcü yarımmüdafiəçi sevgilisi Mariam Akobadzeyə Bakıda elvilik təklifi edib.

Kvirkviyanın evlilik təklifi Dağüstü parkda baş tutub. Mariam Akobadze Matenin evlənmək təklifini qəbul edib.

26 yaşlı futbolçu və sevgilisi həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıblar. Onların bu xoş anlarına Kvirkviyanın Gəncə təmsilçisindəki komanda yoldaşı və həmyerlisi Georgi Kantariya, həmçinin digər dostları da şahidlik ediblər.

Xatırladaq ki, Mate Kvirkviya bu mövsümün əvvəlindən “Kəpəz”in uğurları üçün çalışır. O, Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynamağı bacaran gürcü futbolçu daha öncə “Samtrediya”, “Qaqra”, “Rustavi”, “Dila Qori”, “VİT Georgiya”, “Torpedo” (Kutaisi), “Zestafoni”, “Dinamo” (Tiflis) kimi klubların da formasını geyinib. O, Gürcüstanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: