Xosep Qvardiola UEFA Çempionlar Liqasının 1999-cu ildə keçirilmiş “Mançester Yunayted” – “Bayern” (2:1) finalı haqda xatirələrini paylaşıb.
Arena.az “Goal”a istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi bunları deyib:
“İstanbula Çempionlar Liqasının “İnter”lə final oyununa cibimizdə iki qənimətlə yollana bilsək, mən trebl haqda düşünəcəyəm. Hələlik isə etiraf edirəm: Yaxşı, biz bir titulu qazanmışıq və trebl edə bilərik.
Müvafiq halı Böyük Briyaniyada ancaq bir komanda yaşayıb. Bu, “Mançester Yunayted” olub. Onlar “Kamp Nou”da “Bayern”ə necə də qalib gəldilər. Mən o oyun zamanı balaca oğlan idim”.
Xatırladaq ki, 1999-cu ildə Qvardiolanın 28 yaşı vardı və o, “Barselona”da çıxış edirdi. Bundan başqa, “Barselona” və “Mançester Yunayted” həmin Çempionlar Liqası mövsümündə eyni qrupda yer almışdılar. Xosep Qvardiola isə zədə səbiblə o zaman meydandan kənarda qalmışdı.
“Mançester Siti”ni bu mövsüm UEFA Çempionlar Liqasının finalında Milan “İnter”i ilə duel gözləyir. İtaliya klubu ilə final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.


