“Dördlər finalı”: 37 yaşında İspaniya millisinə çağırıldı

Futbol üzrə İspaniya millisinin UEFA Millətlər Liqasının Niderlandda baş tutacaq “Dördlər finalı” üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, ispanlar final mərhələsində həlledici oyuna vəsiqə uğrunda İtaliya millisi ilə üz-üzə gələcəklər.

Baş məşqçi Luis de la Fuente 23 futbolçuya dəvət göndərib. Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu yer alıb.

“Sevilya”nın müdafiəçisi Xesus Navasın yenidən milliyə dəvət alması daha çox diqqətçəkən olub. 37 yaşlı futbolçu İtaliya ilə matçda meydana çıxsa, yeni rekord müəyyənləşdirəcək və İspaniya yığmasında mübarizə aparan ən yaşlı futbolçu olacaq (37 yaş 193 gün).

Rekord İspaniyanın keçmiş futbolçusu Luis Suaresə məxsusdur – 36 yaş 346 gün.

De la Fuente qarşıdakı vacib oyunlarda bu futbolçuların xidmətindən istifadə edə biləcək:

Qapıçılar: Unai Simon (“Atletik”), Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə), David Raya (“Brentford”, İngiltərə);

Müdafiəçilər: Jordi Alba (“Barselona”), Xuan Bernat (PSJ, Fransa), Robin Le Normand (“Real Sosyedad”), Aymerik Laporte (“Mançester Siti”, İngiltərə), David Qarsiya (“Osasuna”), Dani Karvaxal (“Real”), Xesus Navas (“Sevilya”);

Yarımmüdafiəçilər: Qavi (“Barselona”), Rodriqo Hernandes (“Mançester Siti”, İngiltərə), Martin Zubimendi (“Real Sosyedad”), Mikel Merino (“Real Sosyedad”), Serxio Kanales (“Betis”), Fabian Ruis (PSJ, Fransa);

Hücumçular: Alvaro Morata (“Atletiko”, Madrid), Xose Luis Mato (“Espanyol”), Marko Asensio (“Real”), Dani Olmo (“Leypsiq”, Almaniya), Rodriqo Moreno (“Lids”, İngiltərə), Niko Uilyams (“Altetik”), Yeremi Pino (“Vilyarreal”).

Xatırladaq ki, İspaniya millisinin İtaliya ilə “Dördlər finalı” çərçivəsindəki oyunu iyunun 15-də Enshede şəhərində baş tutacaq. Bundan bir gün öncə isə meydan sahibi Niderland yığması Rotterdamda Xorvatiya yığmasını sınağa çəkəcək. Yarımfinalda qalib gələcək komandalar finala yüksələcəklər. Həlledici oyun iyunun 18-də Rotterdamda keçiriləcək. Ondan əvvəl isə Enshede şəhərində üçüncü yer uğrunda oyun baş tutacaq. Həmin oyunda yarımfinalda məğlub olan kollektivlər üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: