Messinin transfer xəbəri yaxın saatlarda açıqlanacaq

PSJ-dən ayrılan Argentina yığmasının ulduz hücumçusu Lionel Messinin MLS təmsilçisi “İnter Mayami”ni seçdiyi haqda xəbərlər gəlməkdədir.

Arena.az məsələni xüsusilə diqqətdə saxlayan məşhur italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir ki, Linoel Messi gələn mövsümdən MLS-də top qovacaq.

Yeddiqat “Qızıl top” sahibinin Kataloniya klubuna qayıdış şansı olmadığı deyilir.

Xatırladaq ki, Messi mövsümün sonunda PSJ-dən gedəcəyini açıqlamışdı və o, klubu azad agent qismində tərk edib. “Barselona” klubunun rəhbərliyi və futbolçunun atası Xorxe Messi oğlunun yenidən Kataloniyaya qayıtması üçün tədbirlər görsələr də, hazırda onların cəhdinin uğursuz olduğu görünür.

Xatırladaq ki, Messinin “Barselona”ya qayıdışının daha bir ehtimalı, futbolçunun əvvəlcə “İnter Mayami”sinə keçidi və buradan “Barselona”ya icarəyə yollanması variantı idi. Bu da, ispanlarla amerikanlar arasında Messini İspaniyaya qaytarmaq yolunda ittifaq kimi qiymətləndirilirdi.

Geridə qalmış mövsümdə Messi PSJ ilə Fransa çempionluğunu qazanıb. Ulduz hücumçu son mövsümdə parislilərin heyətində 41 oyunda meydana çıxıb. O, bu oyunlarda 21 qol vurub, 20 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: