SSRİ yığmasının sabiq müdafiəçisi Vladimir Ponomaryov Moskva “Spartakı”nın holland hücumçusu Kvinsi Promes haqqında fikirlərini paylaşıb.
Arena.az “Legalbet”ə istinadən xəbər verir ki, Rusiyanın CSKA (Moskva) klubunun veteran futbolçusunun fikirləri sərt olmaqla yanaşı, Promesin ünvanına aşağılayıcı münasibətlə ifadə edilib:
“Promes ucuz povidlodur, pijondur. Bu, bir-iki oyun keçirəcək, bir qol vuracaq, bəlkə ikisini. Mən hər şeyi onun oyun tərzindən və fizioqnomiyasından görürəm. Mən bu qaraları yaxşı tanıyıram, ay-haray! O, heç olmasa, əslən haradandır? Niderland? Onun, əlbəttə, Afrika kökləri var. O afrikalılar, o cənubiamerikalılar – bir bezin qırağıdırlar. Onlar hamısı pijonvaridirlər, özləri haqqında yüksək fikirdədirlər. Və elə, bu da eynidir. Daima özlərini göstərirlər”.
Xatırladaq ki, geridə qalmış mövsüm ərzində Kvinsi Promes azarkeşlərin fikrincə, mövsümün ən yaxşı oyunçusu mükafatını qazanıb. “Spartak”ın hücumçusu bombardirlik mübarizəsində 20 qol vurmaqla, yalnız “Zenit”in braziliyalı hücumçusu Malkomadan (23 qol) geri qalıb.


