“Cenoa” Vilmar Barriosla maraqlanır

İtaliyanın “Cenoa” klubu Sankt-Peterburq “Zenit”inin dayaq yarımmüdafiəçisi Vilmar Barriosu transfer etməkdə maraqlıdır.

Arena.az bu barədə italyan jurnalist-insayder Canluka Di Marsioya istinadən xəbər verir.

Mənbənin dediyinə görə, mümkün transferin təfərrüatı haqda məlumat verilmir. Məlum olan yeganə məqam kolumbiyalı futbolçunun “Cenoa”nın növbəti transfer hədəfi olmasıdır. Buna qədər genuyalılar “Maynts”la müqaviləsi başa çatan yarımmüdafiəçi Aaron Martini diqqətə saxlayıblar.

Barrios “Zenit”də 2019-cu ildən çıxış edir. 29 yaşlı “dayaqçı”ı bu müddət ərzində beş dəfə Rusiya Premyer Liqasının, bir ölkə kubokunun və iki super kubokun qalibi olub. Barrios cari mövsümdə “Zenit”in heyətində 31 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Vilmar Barriosu 20 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Cenoa” ötən mövsümü İtaliyanın B Seriyasında keçirib və çempionatı “gümüş” pillədə tamamlayaraq gələn mövsümdə A Seriyasında oynamaq hüququnu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: