İspaniya yığmasının hücumçusu Alvaro Morata UEFA Millətlər Liqasının yarımfinalında İtaliya millisinə qarşı keçirəcəkləri oyun haqda danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən Moratanın sözlərini diqqətinzə çatdırır:
“İnsanlar başa düşmür, amma bu, sadəcə futboldur, idmandır. Mən həmişə istəyirəm ki, İtaliya başqa komandalarla oynayanda qalib gəlsin. Amma biz onlara qarşı oynayanda burada ailə və dostlar yoxdur. Bu, yalnız qələbənin vacib olduğu ən vacib oyundur.
Mənim oğullarımın ana xətti ilə italyan qanı var və atalarını dəstəkləmək istəyirlər. Lakin insanlar onlara italyan olduqlarını və İtaliyanı dəstəkləməli olduqlarını deyirlər. Həyat yoldaşım isə İspaniyanın qalib gəlməsini istəyir, çünki mən bu komandada oynayıram.
Peşəkar olaraq orada çox inkişaf etmişəm. Orada çoxlu dostlarım var. Ailəmdə italyanlar var. İtaliya ilə yarımfinalda oynamaq əla olacaq və eyni zamanda asan olmayacaq”.
Xatırladaq ki, UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və İtaliya yığmaları qarşılaşacaq. Oyun bu gün, iyunun 15-də baş tutacaq.


