FIFA Vinisius Juniora məsul vəzifə təklif etdi

FIFA prezidenti Canni İnfantino “Real”ın hücumçusu Vinisius Juniorun FIFA-nın irqçiliklə mübarizə komitəsinə rəhbərlik etməsini istəyir.

Arena.az “Reuters”ə istinadən Canni İnfantinonun sözlərini diqqətinizə çatdırır:

“Mən Vinisiusdan irqçiliyə görə daha sərt cəzalar tətbiq edəcək bu oyunçular qrupuna rəhbərlik etməsini xahiş etdim. Müvafiq cəzalar sonradan bütün dünyada bütün futbol dairələri tərəfindən tətbiq ediləcək”.

Xatırladaq ki, İspaniya çempionatının 35-ci turu çərçivəsində “Real”ın “Valensiya” ilə oyununda madridlilərin hücumçusu Vinisius meydan sahiblərinin azarkeşləri tərəfindən dəfələrlə irqçi təhqirlərə məruz qalmış, bu səbəbdən görüş ikinci hissədə yarımçıq dayandırılmışdı. Oyundan sonra Vinisius La Liqanı irqçiliyə görə tənqid edib, “Real” rəhbərliyi isə futbolçusunun təhqir olunması ilə bağlı prokurorluğa şikayət ünvanlayıb. Mayın 23-də məlum olub ki, hadisədən sonra “Valensiya”nın üç azarkeşi həbs edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: