Rövnəq Abdullayev De Byazini təbrik etdi, millinin məşqini izlədi

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan millisinin məşqini izləyiblər.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün baş tutacaq AFFA İcraiyyə Komitəsinin iclasından əvvəl federasiya prezidenti və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”da Azərbaycan milli komandasının düşərgəsinə baş çəkiblər.

Onlar yığmanın məşqini izləyiblər. Rövnəq Abdullayev sabah AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Estoniya yığması ilə oyunda milli komandamıza uğurlar arzulayıb.

AFFA prezidenti həmçinin doğum günü münasibətilə milli komandanın baş məşqçisi Canni De Byazini təbrik edib. Abdullayev bu gün 67 yaşı tamam olan italiyalı mütəxəssisə Azərbaycan milli komandasının xatirə formasını təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: