“Brayton”un ekvadorlu yarımmüdafiəçisi Moyses Kaysedo karyerasını London “Çelsi”sində davam etdirməyə razılaşıb.
Arena.az bu barədə jurnalist-insayder Florian Plettenberqə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 21 yaşılı Kaysedo “zadəganlar”ın təklifi ilə razılaşmaq qərarına gəlib. Daha əvvəl “Arsenal” və “Bayern”in də Kaysedoya maraq göstərdiyi, “Çelsi”nin bu mübarizədə lider olduğu bildirilirdi.
Yarımmüdafiəçinin “qağayılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2022/2023 mövsümündə Moyses Kaysedo “Brayton”un heyətində 43 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürməyə imza atıb.
“Transfermarkt” internet-portalı Kaysedonu 55 milyon avro məbləğində qiymətləndirir.


