Luis de la Fuente: “Finalda təcrübə önəmlidir”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının Xorvatiya yığması ilə final görüşü öncəsi gözləntilərini bölüşüb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Luis de la Fuentenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

“Bazar günü iki əla komanda oynayacaq və final oyunu bərabər olacaq. Biz və Xorvatiya Avropanın ən yaxşı komandalarından ikisiyik. Güclü tərəflərimizdən istifadə etməyə və bundan həzz almağa çalışacağıq. Əsas məqsədimiz əla rəqibi üstələməkdir. Biz bütün mümkün ssenariləri müzakirə etmişik. Əgər bu, alınarsa, əsas vaxtda qalib gəlmək istəyirik. Onların əlavə vaxtda daha çox təcrübəsi var, amma bu, futboldur. Əgər finala yüksəlmisənsə, təcrübə önəmlidir”.

Xatırladaq ki, UEFA Millətlər Liqasının final oyunu bu gün keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: