“Roma” İtaliya yığmasının PSJ-də forma geyinən yarımmüdafiəçisi Marko Verratti ilə əməkdaşlıqda maraqlıdır.
Arena.az bu haqda “Corriere della Sera”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, romalıların baş məşqçisi Joze Mourinyo 30 yaşlı italiyan yarımmüdafiəçi ilə əlaqə saxlayıb və onu cani-dildən “Roma”ya keçməyə razı salmağa çalışıb. Vurğulanır ki, paytaxt klubu Verrattini icarəyə götürmək variantını nəzərdən keçirir. Ancaq futbolçunun yüksək məvacib gözləntiləri onun “Roma”ya gedən yolunda ciddi maneə ola bilər.
2022/2023 mövsümündə Marko Verratti PSJ-nin heyətində 38 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. Verrattinin Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Verrattini 50 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl Verrattinin agenti futbolçunun karyerasını İtaliyada davam etdirmək istədiyini açıqlamışdı.


