Braziliya millisinin sağ cinah müdafiəçisi Daniel Alves zorlama iddialarından sonra həbsxanadan ilk müsahibəsini verib.
Arena.az bu haqda “Diario Sport”a istinadən xəbər verir.
Xatırladaq ki, futbolçu Barselonada gecə klubunda qıza təcavüz etməkdə şübhəli bilinərək yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.
Daniel Alves “La Vanguardia”ya bu xüsusda müsahibə verib:
“Belə, nə qədər fikirləşsəm də, mən də bilmirəm (onu zorlamada ittiham edən qız hamamdan çıxanda niyə göz yaşlarına boğuldu – redaktorun qeydi). Mənə elə gəlir ki, kimsə ona pis məsləhət verib. Bunu etdikdən sonra özünü pis hiss etdi və nizamsızlığa səbəb oldu, çünki artıq düşdüyü qarışıqlıqdan necə çıxacağını bilmirdi. Məni də bu nizamsızlığa sürüklədi.
Mən onu vicdanlı olmağa səsləyirəm. Rahat yatdığım bir gecə də olmayıb. Bir gecə belə! Mənim vicdanım təmizdir. Mən heç vaxt öz istəyimlə heç kəsə zərər verməmişəm. Və o gecə də mən bunu etmədim.
Bilmirəm, onun vicdanı təmizmidir, o, gecələr rahatmı yatır. Amma mən onu bağışlayıram”.


