Nevill: “Səudiyyə Ərəbistanına transferlərə qadağa qoyulmalıdır”

İngiltərə yığmasının sabiq müdafiəçisi Qari Nevill Premyer Liqa klublarını Səudiyyə Ərəbistanına transferlərə qadağa qoymağa çağırıb.

Arena.az BBC-yə istinadən xəbər verir ki, “Mançester Yunayted”in keçmiş üzvü bunları dilə gətirib:

“Premyer Liqa oyunun bütövlüyünü təmin etmək üçün Səudiyyə Ərəbistanına transferlərə dərhal embarqo qoymalıdır. Transfer əməliyyatların məqsədəuyğunluğu yoxlanılmalıdır.

Bu məbləğlər uyğunluq yoxlamasından keçərsə, bu halda köçürmələr davam etdirilə bilər. Ancaq mən düşünürəm ki, “Çelsi”nin sahiblik strukturunu araşdırıb təftiş etmək və onların uyğun olmayan sövdələşmələr edib-etmədiyini öyrənmək üçün transferlər müvəqqəti təxirə salınmalıdır”, deyə Qari Nevill bildirib.

Xatırladaq ki, “Çelsi”nin ən azı dörd futbolçusu bu yay Səudiyyə Ərəbistanından olan klublara qoşulacaq. N’Qolo Kante artıq “Əl-İttihad”a yollanıb. Hakim Ziyeş tezliklə “Əl-Nəsr”ə, Kalidu Kulibalı “Əl-Hilal”a, Eduard Mendi isə “Əl-Əhli”yə qoşulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: