Romelu Lukaku “Milan”a keçir?

Futbol üzrə Belçika milli komandasının və “Çelsi”nin hücumçusu Romelu Lukaku İtaliyanın digər klubu “Milan”a keçə bilər.

Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Sandro Tonalinin 50 milyon avroya “Nyukasl”a satılmasından sonra “rossoneri” “İnter”də icarə əsasında çıxış edən Romelu Lukakunu transfer etməyi düşünür.

“Milan” Lukakunu 40 milyon avroya satmağa hazır olan “Çelsi”yə birbaşa müraciət etmək fikrindədir. Vurğulanır ki, “İnter” müvafiq məbləği ödəmək iqtidarında deyil və Lukakunu yalnız icarəyə götürməyə hazırdır.

30 yaşlı Lukaku “İnter”də üç mövsüm keçirib: 2019/2020, 2020/2021 və 2022/2023. Geridə qalmış mövsümdə Lukaku “İnter”in heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xatırdadaq ki, daha əvvəl Lukaku Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edərək, Avropada qalmağı üstün tutduğunu açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: