Zorlamada ittiham edilən Braziliya yığmasının sağ cinah müdafiəçisi Daniel Alves həbsxanada keçirdiyi vaxtdan danışıb.
Arena.az “La Vanguardia”ya istinadən Daniel Alvesin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən vaxtımın çoxunu qiraətlə keçirirəm, yazıram. Mənim bir neçə layihəm var, biri burada əldə etdiyim təcrübəyə yönəlmiş tərcümeyi-halım haqqındadır. Həbsxana haqqında kiməsə kömək edə biləcək vacib təlimlərdir. Mən daha pis yerlərdə və vəziyyətlərdə olmuşam. Həbsxanada azadlığını itirirsən, amma buradakı insanlar çox mehribandır. Mənim heç kəsdən şikayətim yoxdur.
Rahat yatdığım bir gecəm belə, olmadı. Bir gecə belə. Mənim vicdanım təmizdir. Mən heç vaxt öz istəyimlə heç kəsə zərər verməmişəm. Və o gecə də mən bunu etmədim”.
Xatırladaq ki, yanvar ayında Daniel Alves Barselonadakı “Satton” gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilərək, həmin vaxtdan da həbsə alınıb. Daniel Alvesi 12 ilə qədər həbs gözləyir.


