PSJ-nin hücumçusu Neymar “Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisinə rəhbərlik edəcəyinə ümidvar olduğunu dilə gətirib.
Arena.az bu barədə “L’Équipe” dərgisinə istinadən xəbər verir.
Braziliya yığmasının da formasını geyinən 31 yaşlı ulduz futbolçu bunları söyləyib:
“Bilirəm ki, o, milli komandanın planlarına daxildir, prezident ona güvənir və biz futbolçular da onu komandada görmək istəyirik. Mən, Vini, Militao… Biz onunla artıq tanışıq və onun böyüklüyünü anlayırıq. Onun komandada olması çox vacib olacaq. Amma hələ heç nə təsdiqlənməyib. Ümidvarıq ki, müqaviləsinin bitməsilə o, milli komandaya rəhbərlik edəcək”.
Karlo Ançelotti 2021-ci ilin yayından “Real”ı çalışdırır. İtalyan mütəxəssis “Everton”dan ayrıldıqdan sonra Madrid klubunda əvvəlki vəzifəsinə qayıdıb.


