Keçmiş müdafiəçi Rio Ferdinand bu günümüzdə futbol oynayacağı təqdirdə necə qiymətləndirilə biləcəyi haqda fikir paylaşıb.
Arena.az “Manchester Evening News”a istinadən Rio Ferdinandın bu xüsusda sözlərini diqqətinizə çatdırır:
“Təsəvvür edin ki, indi nə qədər qiymətim olaradı. 120 milyon avro? Xeyr, çox azdır. Bugünkü bazarda qiymətim 200 milyon avro olardı, eyni zamanda məvacibim həftədə təxminən 500 min avro olardı”.
Xatırladaq ki, 2002-ci ildə “Mançester Yunayted” Rio Ferdinandın transferi üçün “Lids”ə 45 milyon avro ödəyib. Rio Ferdinand “qırmızı şeytanlar”la 12 il keçirib. O, bu klubla 2008-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.
Rio Ferdinan bu fikrini “Mançester Siti”nin “Leypsiq”in müdafiəçisi Yoşko Qvardiol üçün 90 milyon avroluq təklifi müqabilində alman klubunun 100 milyonluq istəyinə cavab olaraq müqayisəli şəkildə bildirib.


