Azərbaycanlı FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, o, C qrupunun üçüncü turu çərçivəsində keçiriləcək İngiltərə – Almaniya görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rumıniyadan olan Horaçio Feşniç yerinə yetirəcək.
Xatırladaq ki, iyunun 28-də Gürcüstandakı “Batumi Arena”da oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur.
Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib. Bu, həm də AÇ-2023-ün ilk qarşılaşması olub. O, qrup mərhələsinin ikinci turunda keçirilmiş Çexiya – Almaniya görüşündə də dördüncü hakim funksiyasını yerinə yetirib.


