“Real” Mbappeyə nəhəng bonus vəd edir, əgər…

“Real” 2024-cü ildə azad agent kimi “Kral klubu”na keçəcəyi təqdirdə PSJ-nin hücumçusu Kilian Mbappeyə nəhəng bonus təyin etməyə hazırdır.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Mbappenin bu yay “Real”a keçəcəyi ehtimalı azdır. “Kral klubu” Mbappenin gələn yay Madridə azad agent kimi buyuracağı təqdirdə, fransız ulduza 130 milyon avro mükafat verməyə hazırdır.

Daha əvvəl “Liverpul”un da Mbappe uğrunda mübarizəyə qoşulduğu haqda məlumat yayılmışdı.

Vurğulayaq ki, Mbappenin ətrafında məsələ hələ də qeyri-müəyyən olaraq qalır.

Daha əvvəl ulduz hücumçu PSJ ilə müqaviləsini 2025-ci ilə qədər avtomatik uzadılması variantına qol qoymamışdı. Bu məqam ulduz hücumçu ilə klub rəhbərliyi arasında uçurum yaradıb. PSJ rəhbərliyi ya müqavilənin yenilənməsinin, ya da Mbappeni gələn yay havayı itirməmək üçün futbolçunun transferində maraqlıdır. PSJ-nin əsas problemi transfer məbləği və maaş ödənişi bu qədər baha ulduzla necə davranmasını bilməməsidir. Qarşısında ciddi hədəflər qoymuş PSJ hazırda komandanı Mbappenin ətrafında qurmaq ya başqa variantları gözdən keçirmək arasında tərəddüd edir.

Geridə qalmış mövsüm ərzində Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, turbirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: