Karlo Ançelotti ilə “Real” rəhbərliyi arasında uçurum yaranır

Madrid “Real”ının İtaliyadan olan baş məşqçisi Karlo Ançelotti “Kral klubu”nun transfer siyasətindən narazıdır.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

64 yaşlı mütəxəssisin əsas tələbi komandanı tərk etmiş fransız hücumçu Kərim Benzemanın yerinə yeni yüksək səviyyəli hücumçu ilə müqavilə imzalamaq olub. Karlo Ançelottinin ətrafı etiraz əlaməti olaraq istefaya getmək imkanını müzakirə etsə də, məşqçinin özü bu variantı nəzərə almır.

Ançelotti hesab edir ki, “Real” rəhbərliyinin Kilian Mbappe ilə bağlı gələcək müqaviləyə qoyuluş etməsi, komandanın qarşıdakı 2023/2024 mövsümündə perspektivlərini şübhə altına alır.

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ilin yayından “Real”ı çalışdırır. İtalyan mütəxəssis “Everton”dan ayrıldıqdan sonra “Real”dakı işinə qayıdıb.

2022/2023-cü il mövsümünün nəticələrinə görə, Karlo Ançelottinin “Real”ı La Liqada çempionluğu “Barselona”ya uduzaraq, gümüş medalla kifayətlənib. İspaniya Super Kubokunda da kataloniyalılar güclü olublar. Çempionlar Liqasında Xosep Qvardiolanın “Mançester Siti”si yarımfinal mərhələsində madridliləri ümumi hesabda 5:1 məğlub edib. “Kral klubu”nun yeganə təsəllisi isə qazandığı İspaniya Kuboku olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: