Patrik Vieyra “Strasburq”u çalışdıracaq

“Arsenal”ın fransalı sabiq yarımmüdafiəçisi Patrik Vieyra Liqa 1 təmsilçisi “Strasburq”un baş məşqçisi təyin olunacaq.

Arena.az bu barədə jurnalist Santi Unaya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, tərəflər arasında 3 illik müqavilə imzalanacaq. Yaxın vaxtlarda 46 yaşlı mütəxəssisin “Strasburq”un baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı rəsmi açıqlama gözlənilir.

Xatırladaq ki, Vieyra 2023-cü il martın 17-dən işsizdir. O zaman fransalı mütəxəssis 12 oyunluq qələbəsiz seriyadan sonra “Kristal Pelas”dan qovulmuşdu. Həmin vaxt London komandası İngiltərə çempionatının turnir cədvəlində 12-ci sırada idi. Patrik Vieyra “Mançester Siti”, “Nyu-York Siti” və “Nitsa”nın gənclərdən ibarət komandaları ilə də çalışıb. Vieyranın məşqçilik karyerasında əsas uğuru 2021/2022 mövsümündə İngiltərə Kubokunun yarımfinal mərhələsidir.

Daha əvvəl “Çelsi”sinin sahiblərinin “Strasburq”un nəzarət paketinin böyük hissəsini alması barədə məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: