Kristof Qaltyenin cəzası bilindi: həm həbs, həm də cərimə!

Fransa çempionu PSJ-nin baş məşqçisi Kristof Qaltyenin məhkəməsi cari ilin dekabr ayının 15-də keçiriləcək.

Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir.

Xatırladaq ki, dünən, iyunun 30-da Qaltye, oğlu Con Valoviçlə birlikdə həbsə alınıb. Əvvəlcə, ata və oğul “Nitsa”nın sabiq idman direktoru Jülyen Furnyenin aprel ayında ictimailəşdirdiyi, təqsirləndirilən şəxslərin 2021-ci ildə ayrı-seçkilik və irqçi ifadələr işlətməsi iddiaları ilə ittiham ediliblər. Qaltye ittihamları rədd edərək, böhtana görə məhkəməyə müraciət edib. Daha sonra Qaltyenin oğlu Con Valoviçə qarşı irəli sürülən ittihamlar onun üzərindən götürülüb və Valoviç sərbəst buraxılıb. Təhqiqat davam edir.

Kristof Qaltyeni üç ilə qədər həbs cəzası, həmçinin 45 min avro məbləğində cərimə gözləyir.

Daha əvvəl fransız məşqçinin PSJ-ni tərk edəcəyi bildirilirdi. 56 yaşlı mütəxəssis parisliləri 2022-ci ilin yayından çalışdırır. Qaltyenin rəhbərliyi altında PSJ Fransa çempionluğunu və superkubokunu qazanıb. Fransa nəhəngi əsas hədəfi olan UEFA Çempionlar Liqasında isə mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: