PSJ Kristof Qaltye ilə vidalaşmağa hazırlaşır

Fransa çempionu PSJ baş məşqçisi Kristof Qaltye ilə müqaviləyə xitam vermək üçün fəal surətdə danışıqlara başlayıb.

Arena.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.

Paris nəhəngi ən qısa zamanda 56 yaşlı mütəxəssislə razılıq əldə edildiyini açıqlamağa hazırlaşır.

Qaltyenin cari həftənin ortalarına qədər vəzifəsindən azad ediləcəyi bildirilir. Həmçinin PSJ-nin Luis Enrikenin rəsmi olaraq baş məşqçi təyin edəcəyi haqda məlumat var.

Kristof Qaltye PSJ-ni 2022-ci ilin yayından çalışdırır. Qaltyenin rəhbərliyi altında PSJ Fransa çempionluğunu və ölkə superkubokunu qazanıb. Klubun əsas hədəfi olan UEFA Çempionlar Liqasında isə PSJ mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Xatırladaq ki, daha əvvəl Qaltye irqçilik ittihamı ilə polis tərəfindən saxlanılıb və fransız mütəxəssis barəsində müvafiq tədbirlər görülür. Fransız mütəxəssisi pul cəriməsi ilə yanaşı, 3 ilədək həbs gözlədiyi haqda məlumat var.

Xəbəri sosial şəbəkələrdə paylaş: