Futbol üzrə Fransa çempionu PSJ-də klub prezidenti Nasser Əl-Xelaifi korrupsiyada şübhəli bilinərək, evində axtarış aparılıb.
Arena.az bu barədə “RMC Sport”a istnadən xəbər verir.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzi İdarəsinin polis əməkdaşları Əl-Xelaifinin yeni baş məşqçinin təyinatı ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində prezidenti təyyarənin yanında gözləyiblər.
Mənbənin məlumatına görə, Əl-Xelaifi evinə giriş icazəsi verib. O, səlahiyyətlilərlə əməkdaşlıq edib.
Xatırladaq ki, iyulun 5-də Əl-Xelaifi Kristof Qaltyeni istefaya göndərib və yeni baş məşqçi Luis Enrikeni təqdim etdiyi mətbuat konfransında iştirak edib. Həmçinin mətbuat konfransı zamanı PSJ-nin Puassi şəhərində yeni məşq mərkəzinin açılışı rəsmən elan edilib.


