Meyson Maunt “Çelsi”dən “Mançester Yunayted”ə keçdikdən sonra, Kristiano Ronaldodan ilham aldığını dilə gətirib.
Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir.
Maunt 2008-ci ildə Ronaldonun “Portsmut”a qarşı oyunda cərimə zərbəsindən birbaşa qol vurduğu zaman tribunada olduğunu xatırlayıb:
“O zaman mənim təxminən 10 yaşım var idi (əslində, 9 – red). Mən qonaq tribunada idim və sevimli “Pompi”mə azarkeşlik edirdim. Onda mən o xüsusi anı görə bildim. Düşünürəm ki, məşq zamanı cərimə zərbələrini çalışdığımı əks etdirən video ertəsi gün çəkilib.
Bu, məni ruhlandırdı. Bu vəziyyət və bu əlamətdar an məni çox vəcdə gətirdi. İndi mən bunu yenidən təkrar edərdim.
Məni çoxları ilhamlandırıb. Təbii ki, mən Ronaldonu rəhbər tuturdum. Bilirəm siz uşaqlıqdakı videoma baxmısınız. Mənə onun oyununa və cərimə zərbələrinə baxmaq xoş idi.
Beks də böyük bir ilham mənbəyi idi. Mən onun cərimə zərbələrində böyümüşəm və texnikasına heyran olmuşam. Beləliklə, bəli, bir çox oyunçular məni ilhamlandırıb. Mən onların oyununun müxtəlif məqamlarından ruhlanmışam və onları oyunlarımda həyata keçirməyə çalışmışam”.
Xatırladaq ki, Meyson Maunt iyulun 5-də “Çelsi”dən “Mançester Yunayted”ə keçidini rəsmiləşdirib. 24 yaşlı Maunt “qırmızı şeytanlar”la 5 illik müqavilə imzalayıb.


